Tailand ordusu Kambocaya artilleriya zərbəsi endirdi 13 ölü, 70 dən çox yaralı

26.07.2025

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Tailand artilleriyasının Kamboca ilə sərhəddə yerləşən Pursat əyalətini atəşə tutması nəticəsində azı 13 nəfər həlak olub, 70-dən çox insan isə yaralanıb.

Doğru.az xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti Kamboca Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Yaralananlar arasında 21 hərbçi və 50-dən çox mülki şəxs var.

Qeyd edək ki, Tailand bir qədər əvvəl sərhəd boyunca səkkiz ərazidə hərbi vəziyyət elan edib. Hazırda regionda vəziyyətin daha da gərginləşdiyi bildirilir.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью