Tailand rəsmisi: COP29a əla ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm

21.11.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

"Tailand da iqlim dəyişikliyinə məruz qalan ölkələrdəndir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Tailandın Milli Sərvətlər və Ətraf Mühit Nazirliyinin Kral Yanğınsöndürmə İdarəsinin əməkdaşı Montri İntasen deyib.

O, bildirib ki, daha yaşıl dünya üçün ciddi tədbirlər görmək lazımdır: “Düşünürəm ki, təmsil etdiyim qurumun görüləcək tədbirlərə töhfəsi ola bilər. Təkcə Tailandda deyil, digər ölkələrdə də yaşıllıq sahələri artırılmalıdır".

M.İntasen COP29-da atmosferin möhtəşəm olduğunu vurğulayıb: "Bakıda insanlar çox mehribandırlar. Könüllülərin bizə münasibəti isə lap gözəldir. Əla ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью