Tailand rəsmisi: COP29a əla ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm AZƏRTAC

21.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

"Tailand da iqlim dəyişikliyinə məruz qalan ölkələrdəndir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Tailandın Milli Sərvətlər və Ətraf Mühit Nazirliyinin Kral Yanğınsöndürmə İdarəsinin əməkdaşı Montri İntasen deyib.

O, bildirib ki, daha yaşıl dünya üçün ciddi tədbirlər görmək lazımdır: “Düşünürəm ki, təmsil etdiyim qurumun görüləcək tədbirlərə töhfəsi ola bilər. Təkcə Tailandda deyil, digər ölkələrdə də yaşıllıq sahələri artırılmalıdır".

M.İntasen COP29-da atmosferin möhtəşəm olduğunu vurğulayıb: "Bakıda insanlar çox mehribandırlar. Könüllülərin bizə münasibəti isə lap gözlədir. Əla ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью