Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Cənub-Şərqi Asiya ölkəsi Myanmada baş verən 7,7 bal gücündə zəlzələdə sonra ölənlərin sayı 20-yə çatıb.
Ölkə.az “The New York Times”a istinadla xəbər verir ki, Myanmanın ikinci ən böyük şəhəri Mandalaydakı xəstəxanalarda həkimlər çatışmır. Ölənlərin sayının artacağı gözlənilir.
Zəlzələdən sonra Myanmada fövqəladə vəziyyət elan edilib.
Tailandın paytaxtı Banqkokda isə azı 3 nəfər ölüb. Banqkokda tikilməkdə olan hündürmərtəbəli bina 4,2 bal gücündə zəlzələdən sonra uçub. Məlumata görə, dağıntılar altında ən azı 67 işçi qalıb.
Həmidə İbrahimova