Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Tailandın cənubundakı Surat Thani əyalətində fil iki nəfəri tapdalayaraq öldürüb.
Bakıvaxtı.az "Bangkok Post"a istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda baş verib.
Belə ki, fil sahibindən qaçaraq iki nəfəri öldürüb. Fil əvvəlcə insanları maşınlardan uzaqlaşdırıb və bir pikapı aşırıb. daha sonra 71 yaşlı qadını tapdalayaraq öldürüb. Bundan başqa, palma plantasiyasında işləyən 55 yaşlı kişiyə hücum edib.
Hazırda fil nəzarətdə saxlanılır.
Polis araşdırma aparır.
Gülşən Şərif