Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
Tailandın Phuket adasının Patong turizm bölgəsində motosiklet icarəsi mağazasında baş verən yanğın nəticəsində 11 nəfər həlak olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yanğın noyabrın 16-da səhər saatlarında başlayıb və qısa müddətdə qonşu tikililərə yayılıb.
Polisin ilkin məlumatına əsasən, hadisə nəticəsində xarici turistlər arasında xəsarət alan və ya həlak olan olmayıb.
Hazırda yanğının səbəbləri araşdırılır.