525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tailand turizm polisi 19 il əvvəl ölkə ərazisinə qanunsuz keçən rusiyalını həbs edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun bu müddət ərzində Pxanqan adasında cəngəllikdə yaşadığı məlum olub.
Adı açıqlanmayan şəxslə bağlı aparılan araşdırmadan sonra onun Tailanda girməsi ilə bağlı hər hansı sənəd üzə çıxmayıb. Rusiyalı özü də bunu etiraf edərək ölkəyə qanunsuz daxil olduğunu bildirib.
Qeyd edək ki, bu cür qanun pozuntularına görə Tailandda 2 cəza tətbiq olunur - ya 2 illik həbs, ya da 600 dollar cərimə. Bundan başqa 5 ildən çox müddətdə ölkədə qeyri-qanuni yaşayanlar deportasiya olunmaqla yanaşı, onların 10 il müddətində krallığa girişlərinə yasaq da qoyulur.
L.Tağıyeva