Статья не опубликована
Tailandda daşqın nəticəsində ölənlərin sayı 29a çatıb | Icma.az

Tailandda daşqın nəticəsində ölənlərin sayı 29a çatıb

04.12.2024

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənub-Şərqi Asiya ölkəsi Taylandda noyabrın 22-dən bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən insan itkiləri artır.

Səlahiyyətlilərin verdiyi açıqlamada seldə həyatını itirənlərin sayının 29-a yüksəldiyi bildirilib.

33 mindən çox insan evlərini tərk edib

Taylandın Səhiyyə Nazirliyinin açıqlamasında, Pattani, Narathiwat, Songkhla, Nakhon Si Thammarat və Phatthalung əyalətlərində daşqınlar səbəbindən 33 mindən çox insanın evlərini tərk etməli olduğu bildirilib.

Tailand hökumətinin ictimaiyyətlə əlaqələr bölməsindən verilən açıqlamaya görə, 155 mindən çox evin zərər çəkdiyi fəlakət bölgələrində daha çox yağış gözlənilir.

Mövsüm

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью