Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 7 avqust, AZƏRTAC
Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində iki nəfər ölüb, 20-dən çox insan yaralanıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində iki müəllim həlak olub, daha üç müəllimin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanları və təcili yardım xidmətləri hadisə yerində işləyir.