Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb

11.02.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 fevral, AZƏRTAC

Tailandın Hat Yay rayonunda yerləşən məktəbə silahlı hücum edilib. Hadisə nəticəsində müəllim və şagirdlər arasında yaralananların olduğu bildirilir, lakin dəqiq say açıqlanmayıb.

AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, silahlı şəxs dərs gününün sonuna yaxın binaya daxil olaraq atəş açıb. O, atışmadan sonra bəzi müəllim və şagirdləri girov götürüb, bir çox şagird isə məktəb binasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə polis, xüsusi təyinatlı qüvvələr və xilasedicilər cəlb olunub. Təhlükəsiz ərazilərdə olan şəxslər təxliyə edilir, hücum edən şəxslə danışıqlar aparılır. Hazırda ərazidə əməliyyat davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью