Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tailandın Pxuket adasındakı məşhur turizm bölgəsi olan Patonqda güclü yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, baş verən böyük yanğın nəticəsində 11 nəfər həlak olub.
Yanğın səhər tezdən motosiklet icarəsi mağazasının yerləşdiyi altı mərtəbəli ticarət binasında başlayıb. Alov tez bir zamanda qonşu binalara yayılıb.
Hadisə yerində təcili yardım xidmətləri işləyir. Polis yanğının səbəblərini araşdırmaq üçün araşdırmaya başlayıb.