Tailandda naməlum şəxs məktəbdə atəş açıb, yaralananlar var

11.02.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Tailandın cənubunda bir naməlum şəxs məktəbdə odlu silahdan atəş açaraq bir neçə nəfəri yaralayıb.

Milli.Az xəbər verir ki, bu barədə Khaosod qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə Sonqkhla vilayətinin Hat Yai şəhərində baş verib.

Atışma nəticəsində yaralananların olduğu bildirilir, zərərçəkənlərin dəqiq sayı məlum deyil. İlkin məlumatlara əsasən, silahlı şəxs dərslərin bitməsinə az qalmış məktəbin ərazisinə daxil olaraq binada bir neçə şagird və müəllimi girov götürüb.

Ayxan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью