Tailandda sərnişin avtobusu külə döndü: Yeddi nəfər ölən, 30 dan çox yaralanan var

21.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Tailandda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı yeddi nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Naewna" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, avtobus Tailand körfəzinin şərq sahilindəki Rayonq kurort şəhərindən krallığın şimal-şərqindəki Nonqhay şəhərinə gedirmiş.

Aprelin 21-də yerli vaxtla saat 01:40-da Banqkok yaxınlığındakı Praçinburi əyalətində baş verən qəzadan sonra yanğın başlayıb və nəqliyyat vasitəsi külə dönüb. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəbini araşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью