Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Tailandın cənubunda turistləri daşıyan avtobus aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün Suratthani əyalətində baş verib.
Avtobusun salonunda olan 40 sərnişindən 21-i xəsarət alıb, 6-ı daha ciddi yaralarla xəstəxanaya yerləşdirilib. Onların Böyük Britaniya, Niderland, Almaniya və Malayziya vətəndaşları olduqları bildirilir.
Qeyd edək ki, qəzanın səbəbləri hələlik bəlli deyil. Yerli polis araşdırma aparır.
L.Tağıyeva