Tailandda turistlərlə dolu gəmidə güclü yanğın baş verdi FOTO

12.04.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tailandda sahildən təxminən 25 km məsafədə olan turist gəmisi naməlum səbəbdən qəfil alovlara bürünüb. Hadisə zamanı gəmi sərnişinlərlə dolu olub.

Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə "Naewna" qəzeti xəbər yayıb.

Hadisə səhər tezdən krallığın cənubunda yerləşən Phangnga əyalətində baş verib. Gəmidə dalğıclıq üçün açıq dənizə çıxan 10 ekipaj üzvü və 16 turist olub. Xilasedicilər dərhal köməyə çatıblar, gəmidəkilərin hamısı xilas edilib.

Bildirilir ki, Phangnga əyalətində dalğıclıq həvəskarlarını 1984-cü ildə batmış və 20 metr dərinlikdə olan 60 metrlik "Boon Sung" texniki gəmisi cəlb edir.(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью