Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Tailandda turistlər üçün vizasız qalma müddəti 15 sentyabr 2026-cı ildən etibarən 30 günə endiriləcək.
Yeni qaydalara əsasən, 2024-cü ilin iyul ayından tətbiq olunan 60 günlük vizasız giriş imkanı ləğv ediləcək. Bundan sonra turistlər ölkədə vizasız olaraq maksimum 30 gün qala biləcəklər.
Turizm məqsədilə Tailandda qalmaq istəyən şəxslər bu müddəti İmmiqrasiya Xidməti vasitəsilə əlavə 30 gün uzada biləcəklər. Beləliklə, uzadılma təsdiqləndiyi halda ümumi qalma müddəti 60 günə çata bilər.
Yeni qaydalar 15 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.