Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Tailandın Maykl Ceksonu" kimi tanınan 64 yaşlı pop müğənnisi Tik Şiro (Manasavin Nantassen) Bankqokda içkili vəziyyətdə törətdiyi yol qəzasına görə iki il müddətinə azadlıqdan məhrum edilib.
"Euronews"un verdiyi xəbərə görə, sənətçinin idarə etdiyi avtomobilin motosikletə çırpılması nəticəsində iki bacı-qardaş həyatını itirib.
Məhkəmə müğənninin könüllü təslim olmasını, peşmanlığını və qurbanların ailələrinə təzminat ödəməsini yüngülləşdirici hal kimi nəzərə alıb.
Qeyd edək ki, Tailand yol qəzalarındakı ölüm göstəricilərinə görə dünyada ilk onluqda yer alır.
Prezident Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri "Friends" serialının rejissoru vəfat etdi