Tailandın yeni rəhbəri bəlli oldu

19.03.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Tailand parlamenti Anutin Çanvirakunu ölkənin 33-cü baş naziri vəzifəsinə seçib.

Moderator.az News.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Sofon Saram məlumat verib.

Məlumata görə, hökumətin yeni rəhbərinin səlahiyyət müddəti 2026-cı ildən 2030-cu ilədək davam edəcək.

Çanvirakunun namizədliyini 293 parlament üzvü dəstəkləyib. Onun əsas rəqibi Nattafonq Ruanqpanyavut isə 119 səs toplayıb. Yerdə qalan 86 deputat bitərəf qalmağa üstünlük verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью