Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Tailandla sərhəddə yaşanan münaqişə nəticəsində ən azı 4 mülki şəxs həlak olub, təxminən 10 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kambocanın informasiya naziri Neth Pheaktra açıqlayıb.
O, Fransanın AFP xəbər agentliyinə deyib: "Tailandın hücumları nəticəsində azı dörd mülki şəxs həlak olub".
Nazirin sözlərinə görə, hücumlar ölkənin şimalındakı Oddar Myençe və Preah Vihear əyalətlərində yaşayan sakinlərə təsir edib. Həmçinin 10-a yaxın adam yaralanıb.
Tayland Kral Ordusu daha əvvəl bildirmişdi ki, Tayland-Kamboca sərhədində baş verən toqquşmalar nəticəsində bir Tailand əsgəri ölüb, dörd nəfər yaralanıb.
Aynur Babazadə