Tailandlının dəfnindən 2 həftə sonra ölmədiyi məlum oldu

28.01.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Çianqray əyalətində maraqlı hadisə baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı tailandlı dəfnindən 2 həftə sonra sağ-salamat evində peyda olub.

Yanvarın əvvəllərində "mərhum"un ölüm xəbəri ailəsinə çatdırılıb. Daha sonra cənazə onlara təhvil verilib və yerli adət-ənənələrə uyğun dəfn olunub. 2 həftə keçdikdən sonra isə ölmüş hesab edilən şəxs evinə qayıdıb və bu hamını şoka salıb. 

Yerli mətbuatın yazdığına görə, yaxınları tabutdakı meyiti tanımağa ehtiyac duymayıb və bu üzdən başqa adamın nəşini özününkü kimi dəfn ediblər.

Əsl həqiqət üzə çıxdıqdan sonra dəfn olunan meyit ekskumasiya olunub və şəxsiyyəti dəqiqləşdirilirdikdən sonra həqiqi ailəsinə təhvil verilib.

Qeyd edək ki, baş verənlərlə bağlı araşdırmalara başlanılıb. Səhv edənlərin hansı cəza alan biləcəkləri ilə bağlı məlumat verilmir.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью