Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Çinlə bağlı müxtəlif məsələlər barədə fikir mübadiləsi apardıq və Yaponiya ilə ABŞ arasında əməkdaşlığı bir daha təsdiqlədik"
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. Baş nazir Çin lideri Si Cinpinlə danışıqları müzakirə edib və Çin siyasəti də daxil olmaqla, əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tokio Takaiçinin Tayvanla bağlı açıqlamalarından sonra Yaponiya-Çin münasibətlərində kəskin pisləşmə fonunda Vaşinqtonun Pekinlə yaxınlaşmasından ehtiyat edir.
"Prezident Tramp mənə Çin lideri ilə danışıqları barədə ətraflı məlumat verdi. Daha sonra iqtisadi təhlükəsizlik və digər təhlükəsizlik aspektləri də daxil olmaqla Çinlə bağlı müxtəlif məsələlər barədə fikir mübadiləsi apardıq və Yaponiya ilə ABŞ arasında əməkdaşlığı bir daha təsdiqlədik", - Baş nazir bildirib.
Söhbət 20 dəqiqə davam edib.
Yaponiya-Çin münasibətlərinin kəskin pisləşməsi fonunda Trampın Si Cinpinlə danışıqları zamanı Tokionun maraqlarını nəzərə almayacağından narahat olan Yaponiya Çin-ABŞ sammiti ərəfəsində Takaiçi ilə Amerika lideri arasında danışıqlar təşkil edib. Bu, Takaiçi ilə Tramp arasında son zamanlar baş tutan ikinci söhbət idi.
Yaponiyanın Baş naziri 2025-ci ilin noyabr ayında parlamentdə hökumətinin Tayvan yaxınlığında hərbi böhran baş verəcəyi təqdirdə güc tətbiqini istisna etməyəcəyini bildirib. Çin Yaponiya liderinin sözlərini açıq təhdid və daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Pekin Takaiçidən onun açıqlamasını rədd etməyi, Yaponiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyi və ölkə ilə müxtəlif səviyyələrdə əlaqələri məhdudlaşdırmağı tələb edib.