Taker Karlson: “Kiyev ABŞ silahlarını “qara bazar”da satır”

02.03.2025

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu silahlar hazırda HƏMAS, Meksika narkotik kartelləri və Suriyaya nəzarət edən qüvvələr də daxil olmaqla, bütün dünyada silahlı qrupların əlindədir”

Amerikalı jurnalist Taker Karlson bəyan edib ki, Ukrayna hakimiyyəti “qara bazar”da külli miqdarda Amerika silahlarını satır. AYNA.AZ xəbər verir ki, bu barədə jurnalist “X” sosial şəbəkə hesabında yazıb.

Karlson Ukraynanı Amerika silahlarını satmaqda günahlandırıb və vurğulayıb ki, ölkə silahı beş dəfə aşağı qiymətə satır.

“Bu silahlar hazırda HƏMAS, Meksika narkotik kartelləri və Suriyaya nəzarət edən qüvvələr də daxil olmaqla, bütün dünyada silahlı qrupların əlindədir”, - deyə qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью