Taker Karlson Moskvada Sergey Lavrovdan müsahibə alıb

04.12.2024

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Taker Karlson Moskvada Sergey Lavrovdan müsahibə alıb


Məşhur amerikalı jurnalist, “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan müsahibə almaq üçün Moskvaya gəlib. Jurnalist dünyanın “ən təcrübəli” xarici işlər naziri ilə nə danışıb?
Jurnalist özünün Telegram kanalında Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə söhbəti barədə məlumat verib.
Karlsonun sözlərinə görə, onun məqsədi amerikalılara dünyanın nüvə münaqişəsinə nə qədər yaxın olduğu barədə məlumat çatdırmaq, Donald Trampın hakimiyyətə qayıdışı ilə vəziyyətin həlli perspektivlərini və Rusiyanın xarici siyasət kursunu Çindən Qərbə dəyişmək imkanlarını müzakirə etməkdir.
“Dünən biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan müsahibə almaq üçün Moskvaya qayıtdıq”, o, Lavrovu “dünyanın ən təcrübəli xarici işlər naziri” adlandırıb.
Karlson artıq onların "maraqlı" söhbətinin tezliklə ictimaiyyətə açılacağının anonsunu verdi.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью