Taker Karlson öz partiyasını yaratmaq qərarına gəlib

03.07.2026

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Taker Karlson öz partiyasını yaratmaq qərarına gəlib

Amerikalı televiziya aparıcısı Taker Karlson öz partiyasını yaratmağı planlaşdırır. Oxuməni.az xəbər verir ki, o, bunu “Columbia Journalism Review” (CJR) ilə müsahibəsində açıqlayıb.

Karlson bildirib ki, Respublikaçı və Demokrat partiyaları Yaxın Şərqdəki müharibəyə dəstək də daxil olmaqla, xarici siyasətdə "birləşiblər". "Bizə üçüncü partiya lazımdır. Mən onun yaradılmasına kömək edəcəyəm", - deyə o bildirib.

CJR-ə verdiyi müsahibədə Karlson bildirib ki, "həqiqətən vacib məsələlər müharibə və maliyyədir". Jurnalist hesab edir ki, Respublikaçılar və Demokratlar bu məsələlərdə razılığa gəldiklərindən, ABŞ "təkpartiyalı dövlətdir, demokratiya deyil" və fərqli mövqeyə malik üçüncü partiyaya ehtiyac var.

Öz video xidməti olan “Tucker Carlson Network”u işə salmazdan əvvəl Fox News-da məşhur aparıcı olan Taker Karlson uzun müddətdir ABŞ prezidenti Donald Trampı dəstəkləyir. Lakin son zamanlar Karlson, digər bəzi keçmiş tərəfdarları kimi, ABŞ prezidentini, əsasən İrandakı müharibəyə görə tənqid etməyə başlayıb. Mart ayında Donald Tramp jurnalisti MAGA hərəkatından çıxardığını açıqlayıb. Daha sonra o, Trampa əvvəlki dəstəyinə görə üzr istəyib və artıq respublikaçıları dəstəkləməyəcəyini bildirib.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью