Taker Karlsona ağır zərbə: Səkkiz milyonluq malı oğurlandı

04.03.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur ABŞ-li jurnalist Taker Karlsonun Kaliforniyadakı anbarından ümumi dəyəri təxminən 8 milyon dollar olan 378 min qutu snyus oğurlanıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin TMZ onlayn tabloidi məlumat yayıb.

Nəşrin yazdığına əsasən, naməlum şəxs əməkdaş vəsiqəsi təqdim edərək Cənubi Kaliforniyadakı anbara daxil olub. O, Karlsonun təsisçilərindən biri olduğu ALP Pouches brendinə məxsus məhsulların yükləndiyi yük maşınını götürərək ölkənin şimal-şərqində yerləşən Kentukki ştatına doğru yola çıxıb.

Məlumata görə, jurnalist daha sonra içərisində malları olan yük maşınının yerini müəyyənləşdirməyə kömək edəcək şəxsə 100 min dollar məbləğində mükafat vəd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью