Taksi aeroportdan şəhərə 35 manat istədi AYNA dan açıqlama + VİDEO

02.10.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Jurnalist Dərya Nur Cəfərova sosial şəbəkədəki paylaşımında Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən taksilərin yüksək qiymətlərindən narazılığını ifadə edib.

O bildirib ki, icazəli taksilər digər taksilərlə müqayisədə 2-3 dəfə baha xidmət göstərir:

"Bu hansı insan haqqına sığır? Çox ədalətsiz sistemdir. Hava limanından Bakı İstintaq Təcridxanasına qədər olan məsafəyə 35 manat tələb edirlər”. 

Sözügedən məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə bildirib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:

"Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.

Şahanə Ziyad

Посмотреть эту публикацию в Instagram

Публикация от Azxeber Media (@azxeber)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью