Taksi buraxılış kartı dəyişdirilə bilər? RƏSMİ

02.02.2026

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda taksi fəaliyyətinə yalnız buraxılış kartında göstərilən ərazi hüdudları daxilində icazə verilir. Yəni Sumqayıt və ya Bakı üzrə sifarişləri yalnız həmin şəhər üçün qüvvədə olan buraxılış kartı əsasında yerinə yetirmək mümkündür. Bəs taksi sürücüləri buraxılış kartında göstərilən ərazini dəyişdirə və ya onu genişləndirə bilərlər? Məsələn, eyni zamanda həm Bakı, həm də Sumqayıt ərazisində fəaliyyət göstərmək mümkündür?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, sadəcə bir buraxılış kartı olur və onu dəyişdirmək, yaxud genişləndirmək mümkün deyil:

“Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 322.0.13. bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью