Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qananın Kasoa şəhərində üç qadın taksi sürücüsünə hücum edərək onu cinsi zorakılığa məruz qoyub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, sürücünün sözlərinə görə, təsadüfən tanıdığı üç qadın ondan taksi xidməti istəyib. Onlar ertəsi gün haradan götürüləcəklərini bilməsi üçün sürücüyə evlərinə gəlməyi təklif ediblər.
Kişi binaya daxil olduqdan sonra qadınlardan biri qapını bağlayıb. Daha sonra üç qadın onun müqavimətinə baxmayaraq sürücüyə cinsi xarakterli zorakılıq tətbiq edib. Sürücü bildirib ki, qadınlar fiziki baxımdan güclü olduqları üçün onlara müqavimət göstərə bilməyib.
Zərərçəkmiş hadisə barədə polisə məlumat verib. Onun iddiasına görə, qadınlar hətta taksi pulunu da ödəməyib və polisə müraciət etməsinə gülüblər.
Vəkil Austin Braco Powers isə kişilərin məruz qaldıqları cinsi zorakılıq barədə susmamalı olduğunu bildirib. O, belə hallarda zərərçəkmiş kişilərin hüquq-mühafizə orqanlarına müraciət etməsinin vacibliyini vurğulayıb.
Murad İsmayıl