Taksi ilə evə çağırdığı anasını öldürməkdə ittiham olunur VİDEO

26.01.2026

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində ağır qətl hadisəsi baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası, 1959-cu il təvəllüdlü Həyat Ağayevanı qətlə yetirməkdə ittiham olunur.

"Unikal" xəbər verir ki, hadisə günü Emil Ağayev həyat yoldaşı ilə qayınanasının evində qalıb. Səhər saatlarında isə öz evinə qayıdaraq anasının işdən gəlməsi üçün taksi göndərib. Həyat Ağayeva evə daxil olduqdan sonra o, bıçaqlanaraq öldürülüb.

Qonşular bildiriblər ki, ailə sakit və münaqişəsiz tanınıb, hadisə hər kəsi təəccübləndirib. Digər bir qonşu isə Emil Ağayevin narkotik istifadəçisi olduğunu iddia edib.

Faktla bağlı araşdırma aparılır.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью