Taksi sifarişi operatorlarının bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur

15.11.2024

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.

Missiya.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) məlumat yayıb.

Bildirilir ki, bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.

“Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür”, - deyə məlumatda qeyd edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью