Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə DƏYİŞİR? | Icma.az
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son zamanlar insanların ən çox narazı qaldığı və şikayət etdiyi məsələ taksi xidmətlərindəki qiymət dəyişkənliyidir.
Sərnişinlər iddia edir ki, taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda dəyişir. Daha çox məbləğ tələb olunur.
Nəticədə sürücü və sərnişin arasında gərginlik, narazılıq yaranır.Daha bir narazılıq isə son günlərdə taksi xidmətlərindəki qiymət artımıyla bağlıdır.
Bir müddət əvvəl 3 manata gedilən məsafə üçün indi az qala ikiqat qiymət tələb olunur.Bəs, gərginliyə səbəb olan nöqsanlar niyə aradan qaldırılmır?
Bunun üçün hansı addımlar atılmalıdır?"İndi "Prius"la yox, 25-30 minlik maşınla xidmət göstərilir"Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Elməddin Muradlı bildirib ki, bu cür narazılıqların yaranmaması üçün qiymətlərin konkretləşdirilməsinə ehtiyac var: "Taksi sürücüləri dəfələrlə bizə müraciət edirlər ki, qiymətlər ucuzdur, bizə sərf eləmir.
Vətəndaş da şikayət edir ki, qiymət bahadır. İndi bunun ortaq məxrəcini tapmaq lazımdır ki, heç kim narazı qalmasın.Taksi sürücülərinin mövq
İndi onların üzərində ciddi nəzarət var. Əvvəlkinə nisbətən daha müasir, yeni avtomobillərlə xəttə çıxırlar.
Tam oxu
Xəbəri oxu