Taksi sürücüləri arasında mübahisə Biri bıçaqlandı

05.12.2024

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs tutulub.

Modern.az APA-ya istinadən məlumat verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini C.Həsənova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Azər İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə şəhərin "Natavan 2" yaşayış massivi adlan ərazisində qeydə alınıb. Belə ki iki nəfərin arasında düşən mübahisə zamanı 1991-ci il təvəllüdlü C.Həsənov bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, dərhal əməlliyat edilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Xatırladaq ki, hər iki şəxs taksi sürücüsü olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью