Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtda “İnşaatçılar” metrosunun yaxınlığında dayanma-durma qaydalarını pozan sürücülər lentə alınıb.
Bu barədə taksi fəaloyyətiylə məşğul alan izləyicilərdən biri görüntüləri Avtosfer.az-ın “Whatsapp” xəttinə göndərərək məlumat verib. Kadrlardan görünür ki, “Mercedes”, “Azsamand”, “Hyundai” və “Mercedes” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini taksilər üçün ayrılmış dayanacaq sahəsində saxlayıblar.
Hətta sözügedən sürücülər ərazidəki müşahidə kameralarından yayınmaq məqsədilə avtomobillərin dövlət qeydiyyat nişanının görünməməsi üçün baqaj qapısını açıq vəziyyətdə saxlayıblar.
Şikayətçi bildirib ki, həmin sürücülər taksi tanınma nişanından istifadə etsələr də, onların taksi fəaliyyəti üçün tələb olunan müvafiq icazə sənədi və buraxılış kartı yoxdur.
Taksi sürücüsü dayanacaq yerlərinin tutulması səbəbindən əraziyə daxil ola bilmədiyini və sərnişini düşürmək üçün avtomobili zibil qablarının qarşısında saxlamaq məcburiyyətində qaldığını əlavə edib.
Nərmin