Taksi sürücüləri psixoloji müayinədən keçməlidir Son dəhşətli qəzanın nəticələri | Icma.az
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da taksi sürücülərinin müəyyən zamanlarda psixoloji müayinədən keçməsi, həm onların rifahı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından qanunvericiliklə tənzimlənməlidir".
Milli.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bir neçə gün bundan öncə Bakıda baş vermiş dəhşətli qəzanın görüntülərinin insanlara psixoloji təsirlərindən danışarkən deyib.Psixoloqun sözlərinə görə, bu həm də xidmətin keyfiyyətinin artırılmasına və ictimai etimadın yüksəlməsinə səbəb olar: "Baş verən avtomobil qəzası kimi travmatik hadisələr insanların psixoloji sağlamlığına əlbəttə ki, təsir göstərdi.
Xüsusən hadisənin birbaşa şahid olanlar və ya iştirak edənlərdə çox zaman post-travmatik stress pozuntusu (PTSP) yaşanır.
Onlarda hadisənin dəfələrlə xatırlanması, hadisəni yenidən yaşayırmış kimi görüntülərin göz önünə gəlməsi və bunun nəticəsində yaranan yuxu problemləri, təşviş və qaçınma davranışları müşahidə olunur.
Eyni zamanda qorxu və təşviş pozuntuları da müşahidə olunur.
Nəqliyyat vasitələrinə minməkdən qorxmaq, qəzanın baş verdiyi yerlərdən uzaqlaşmaq və ya qəzanı xatırladan istənilən vəziyyətdən qaçmaq halları baş verə bilər".
Elnur Rüstəmov bildirib ki, hadisənin təsiri ilə yaranan dərin kədər, maraq itkisi, gündəlik həyata adaptasiya çətinliyi də ola bilər: "Ona görə də belə hadisələrin mənfi psixoloji təsirlərinin qarşısını almaq və ya təsirlərini azaltmaq üçün həm sürücülərin, həm də sərnişinlərin vaxtında mütəxəssis dəstəyi almaları çox önəmlidir.
Tam oxu
Xəbəri oxu