Taksi sürücüləri üçün imtahanda 1398 nəfər müsabiqə şərtini ödəyib

18.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Bakı, Naxçıvan, Gəncə və Bərdə şəhərlərində təşkil olunub. İmtahanda 1821 namizəd iştirak edib. Nəticələrə əsasən, 1398 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Elektron formada keçirilmiş imtahan üçün namizədlərə 1 saat vaxt verilib. İmtahanı yekunlaşdırdıqda və ya ayrılmış vaxt başa çatdıqda namizədlər nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəticələr, həmçinin, DİM-in internet saytında yerləşdiriləcək.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunub. 10 və daha çox bal toplayan şəxslər imtahanı müvəffəqiyyətlə vermiş hesab olunurlar. Onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

Apellyasiya Komissiyası sentyabrın 18-i və 21-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью