Taksi sürücüləri üçün olan imtahanla bağlı hansı dəyişikliklər olacaq? AÇIQLAMA | Icma.az
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücülərinin imtahanının məzmunu ilə bağlı ciddi dəyişiklik nəzərdə tutulmur.
Milli.Az xəbər verir ki, bu bardə Trend-ə Dövlət İmtahan mərkəzindən məlumat verilib.
Bildirilib ki, xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün bu hazırlığın nəticələrinin qiymətləndirilməsi ilə bağlı təşkil olunan imtahanın məzmunu sözügedən hazırlığın proqramına uyğun olaraq tərtib olunur.
"Xüsusi hazırlığın keçirilmə qaydası, proqramı və müddəti Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilib.
Hazırda imtahanın məzmunu ilə bağlı ciddi dəyişiklik nəzərdə tutulmur.
Müvafiq qurumlar tərəfindən xüsusi hazırlığı başa vurmuş şəxslərin məlumatları mütəmadi olaraq Dövlət İmtahan Mərkəzinə təqdim olunur.
Dövlət İmtahan Mərkəzi tərəfindən isə həmin şəxslərin mümkün olan ən yaxın zamanda imtahana cəlb edilməsi təmin edilir",- deyə DİM-dən əlavə edilib.
Tam oxu
Xəbəri oxu