Taksi sürücülərinə VACİB XƏBƏR: Salonda videokamera quraşdırılacaq...

08.10.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Taksilərdə videokameraların quraşdırılması ilə bağlı təkliflər gündəmdədir. Məsələ ictimaiyyət arasında fərqli reaksiyalara səbəb olsa da, nəqliyyat eksperti Eldəniz Cəfərov bu addımı zəruri sayır.
Ekspert bildirib ki, taksilərdə təhlükəsizliyin artırılması məqsədilə salon daxilində videokamera quraşdırılması məcburi tələb kimi tətbiq olunmalıdır:
“Azərbaycanda fəaliyyət göstərən bütün taksilərdə salonda videokamera quraşdırılmalıdır. Bu, həm sürücünün, həm də sərnişinin təhlükəsizliyi baxımından vacibdir.”
Eldəniz Cəfərov hesab edir ki, videomüşahidə kameraları mübahisələrin qarşısını tam şəkildə ala bilməsə də, baş verən hadisələrin araşdırılması zamanı mühüm rol oynaya bilər:
“Deməzdim ki, kameralar mübahisələrin qarşısını alacaq. Amma belə halların araşdırılması zamanı görüntülər əsas sübut kimi çıxış edəcək və obyektiv qərar qəbuluna yardım göstərəcək.”
Ekspert əlavə edib ki, bu sistemin tətbiqi həm hüquqi mübahisələrin həllində şəffaflığı, həm də taksi sektorunda nizam-intizamın artırılmasına xidmət edər.(konkret.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью