Taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanına qeydiyyat aparılır AZƏRTAC …
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 dekabr, AZƏRTAC 2025-ci il yanvarın 24-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahan təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, hazırlıq keçmiş və imtahanda iştirak etmək istəyən şəxslərin DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet”ı olmalı və onlar və müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə 2025-ci il yanvarın 9-dək qeydiyyatdan keçməlidirlər:- Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat; - Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan
Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanları DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50, o cümlədən taksi sürücüləri üçün DİM-in Gəncə Regional bölməsində) kompüterlər vasitəsilə keçiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından çap edə biləcəklər.
Tam oxu
Xəbəri oxu