Taksi sürücüsü boş yeri qoyub düz xətdən döndü VİDEO

17.12.2024

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Taksi sürücüsünün qayda pozuntusu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 6-da, paytaxtın Abdulla Şaiq küçəsində baş verib.

Belə ki, 99-OG-236 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü sağa Mirzəağa Əliyev küçəsinə dönən zaman bütöv xəttin tələbini pozub.

Bu küçədə sürücülərin bütöv xəttin tələbini pozaraq manevr etməsi halları ilə tez-tez qarşılaşırıq.

Çox təəssüf ki, hələ də əksər sürücü yol nişanlarının və nişanlanma xətlərinin ciddiliyini anlamırlar. Bu xəttin tələbini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью