Taksi sürücüsü dövlət idarəsində işləyən qadını şantaj etdi TƏFƏRRÜAT | Icma.az
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda 1988-ci il təvəllüdlü Cabbar dövlət qurumlarından birində işləyən Gülnarəni (adlar şərti verilib – red.) intim görüntüləri ilə şantaj edib.Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olarkən müştəri qismində tanıdığı Gülnarə ilə 2023-cü ildə idarə etdiyi avtomobildə könüllü razılıq əsasında cinsi əlaqəni əks etdirən görüntüləri qeydə alıb.Votsap tətbiqində video-danışıq zamanı qadının intim görüntülərini də öz telefonunun yaddaşına saxlayıb.Gülnarə işdə olarkən həmin görüntüləri ona göndərib və pul tələb edib.
Pul verməyəcəyi təqdirdə barəsində olan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Ümumilikdə qadından 10 min 709 manat alıb.“Müştərim olduğunu anladım”İstintaq orqanı tərəfindən Cabbarın barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib, ifadəsində göstərib ki, 2023-cü ildə Gülnarəni şəxs sifarişi əsasında Nəbabət bağına aparıb: “Axşam saat 5-6 radələrində maşında başqa müştəri olan vaxt mənə zəng gəldi.
Maşında müştəri olduğuna görə telefonu açmadım.Sonrada həmin nömrənin votsap hesabından “nömrə səhv yığılıb, üzrlü hesab edin” şəklində mesaj gəldi.
Hesabın profil şəklinə baxanda onun səhər apardığım müştəri olduğunu anladım”.“Ünsiyyətimiz davam etdi”Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş ona iftarla bağlı əvvəlcə İçərişəhərə restorana, restorandan da evə gedəcəyini, bunun üçün maşın lazım olduğunu, razılaşsa yaxşı ödəniş edəcəyini bildirib: “Mən də razılaşaraq onu İçərişəhərə apardım.
Saat 9-10 arasında qadını özünün xahişi ilə restorandan götürdüm və Binəqədi qəsəbəsinə apardım.Ünvanı tanımadığım üçün oraya canlı məkanla getdim.
Yolda maşında söhbət etdik. Mən Daxili Qoşunlarda işlədiyimi, sonra ikinci qrup əlilliklə pensiyaya çıxdığımı bildirdim.
Tam oxu
Xəbəri oxu