Taksi sürücüsü içərisində milyonlar olan çantanı OĞURLADI

29.01.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva vilayətində sərnişindən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən taksi sürücüsü saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.

36 yaşlı kişi hüquq-mühafizə orqanlarına şikayət edib. O izah edib ki, taksiyə minib və içərisində təxminən iki milyon rubl olan çantanı, eləcə də şəxsi əşyalarını arxa oturacaqda unudub.

Oğurluqda şübhəli bilinən şəxs qısa müddətdə saxlanılıb və oğurlanmış əmlakın bir hissəsi sahibinə qaytarılıb.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью