Taksi sürücüsü qabağa düşmək üçün maşını səkiyə çıxardı VİDEO

21.07.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüləri sosial şəbəkədə müzakirəyə səbəb olub. Avtosfer.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 77-RO-497 dövlət nömrə nişanlı "Toyota Aqua" markalı avtomobilin sürücüsü tıxac zamanı irəliləmək üçün qeyri-qanuni yola əl atıb.

Sürücü digər nəqliyyat vasitələrini ötüb keçmək məqsədilə piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxaraq hərəkətini davam etdirib. Lakin qarşıda avtomobil sıxlığı olduğundan bu manevr ona üstünlük qazandırmayıb və hərəkəti dayandırmağa məcbur olub.

Hadisə şahidlərinin çəkdiyi görüntülər sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər tərəfindən sərt tənqid olunub.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью