Taksi sürücüsü qadın sərnişinə dərman verib zorladı, həmin anları lentə alıb paylaşdı VİDEO

14.01.2025

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

Taksi sürücüsü qadın sərnişinə dərman verib zorladı, həmin anları lentə alıb paylaşdı - VİDEO

İstanbulda bir taksi sürücüsü avtomobilinə minən qadın sərnişinə narkotik maddə verdikdən sonra ona təcavüz edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bununla kifayətlənməyən sürücüsü qadını incitdiyi anları lentə alıb və görüntüləri WhatsApp qruplarında paylaşıb.

Daha sonra, taksi sürücüsünün WhatsApp qruplarında paylaşdığı görüntülər yayılmağa başlayıb. Görüntülərdə taksinin ön oturacağında oturan qadın sərnişinin huşsuz vəziyyətdə uzandığı və sürücünün ona sataşdığı aydın görünür.

Sosial mediada müzakirə olunmağa başlayan videodan sonra polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Araşdırma zamanı şübhəlinin B.N. adlı şəxs olduğu və 4 aydır sürücülüklə məşğul olmadığı müəyyən edilib. Şübhəli yaşadığı ünvanda tutularaq nəzarətə götürülüb.

Onun mobil telefonuna baxış keçirən polislər boşanma prosesində olduğunu və qeydə alınan görüntüləri həyat yoldaşını qısqandırmaq üçün ona göndərdiyini müəyyən ediblər.

Polis bölməsində dindirilməsi davam edən şübhəlinin sabah ədliyyəyə sövq ediləcəyi bildirilib.

Faktla bağlı istintaq davam edir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью