Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Sosial şəbəkələrdə taksi sürücüsünün tıxac zamanı üzərlik yandırdığı görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, videoda sürücünün avtomobilin pəncərəsindən əlini çıxararaq üzərlik yandırdığı görünür.
O, daha sonra yaranan tüstünü ətrafdakı piyadalara tərəf yönəldərək tıxacın yaratdığı gərginliyi maraqlı anlara çevirib.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılanıb.