Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Azərbaycanda taksi fəaliyyətinin yalnız buraxılış kartında göstərilən ərazi hüdudları ilə məhdudlaşdırılması nəqliyyat sektorunda yeni reallıq yaradır. Rəsmi qurumlar bu addımı bazarda nizam-intizamın gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması kimi təqdim etsə də, qərarın bir sıra risklər doğura biləcəyi də müzakirə olunur. Ərazi məhdudiyyəti taksi çatışmazlığına, xüsusilə pik saatlarda süni qiymət artımına səbəb ola bilər. Digər tərəfdən, rəsmi icazə ala bilməyən sürücülərin qeyri-rəsmi fəaliyyətə yönəlməsi ehtimalı da artır. Bu isə həm nəzarət mexanizmlərini zəiflədə, həm də manatlıq ödənişlərdə şəffaflığın azalmasına yol aça bilər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir sahədə olduğu kimi, taksi fəaliyyətində də zaman-zaman müəyyən nöqsan və sui-istifadə halları baş verə bilər:
“Taksi xidməti ilə bağlı yeniliklərin bir qismi artıq ictimaiyyətə açıqlanıb. Bu qərarların tətbiqi zamanı hər hansı problemlər ortaya çıxarsa, buna uyğun əlavə qaydaların qəbul olunması nəzərdə tutulur. Məqsəd taksi fəaliyyətini müasir və daha səmərəli səviyyəyə çatdırmaqdır. Taksi sürücülərinin qanun və qaydalar çərçivəsində fəaliyyət göstərməsini təmin etmək vacibdir. Bu, həm sərnişinlərin təhlükəsizliyinə, həm də sürücülərin hüquqlarının qorunmasına xidmət edir”.
Bu qərar gələcəkdə daha təhlükəsiz və rəsmi qeydiyyatı olan taksilərdən istifadə imkanı demək olsa da, qısa müddətli perspektivdə şəhərin bir hissəsindən digərinə gedən taksilərin sayında azalma və gediş haqlarının dəyişməsi kimi çətinliklərlə üzləşmək riskini də ehtiva edir.
Qeyd edək ki, nəqliyyat sistemindəki islahatlar kölgə iqtisadiyyatının qarşısını almaq və şəffaflığı təmin etmək üçün mühümdür, lakin bu keçid dövründə vətəndaş məmnuniyyətinin qorunması strategiyanın uğurunu müəyyən edən əsas amildir.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir sahədə olduğu kimi, taksi fəaliyyətində də zaman-zaman müəyyən nöqsan və sui-istifadə halları baş verə bilər: