Taksiçi xanım müştərisini kimsəsiz yerə apardı: Gəl sükan arxasına... Şok təfərrüat | Icma…
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir. Bakının Suraxanı rayonunda 1998-ci il təvəllüdlü İlqar avtomobilinə sərnişin qismin
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 26 mart 2024-cü ildə baş verib.
İlqar həmin gün saat 16:50-də idarə etdiyi “Mercedes Benz V220 CDİ” markalı taksi avtomobilində sərnişini Sevdanın tanış olmaq təklifinə təhqiramiz reaksiya verməsi səbəbindən onunla mübahisə edib.
Münaqişə zamanı Sevdanın sağ əlini sıxıb, baş nahiyəsinə şillə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, etibarnamə əsasında “Mercedes Benz V220 CDİ” minik markalı avtomobili idarə edir: “Taksi fəaliyyəti ilə məşğul oluram, sifarişlə müştəriləri ünvanlara aparıram, sifariş olmayanda isə "Koroğlu" metrostansiyasından Yeni Ramana qəsəbəsinə 1 manata sərnişin daşıyıram”.
“Özü haqqında danışdı” Təqsirləndirilən şəxs qeyd edib ki, martın 26-da saat 16:50-də "Koroğlu" metrostansiyasının yaxınlığında dayanıb və müştəri yığmaq üçün avtomobilin pəncərəsini açaraq çağırış edib: “Əvvəllər tanıdığım Sevda adlı qadın avtomobilimə yaxınlaşaraq Yeni Ramana qəsəbəsinə gedəcəyini, avtomobilin qabaq oturacağında oturmaq istədiyini bildirdi.
Tam oxu
Xəbəri oxu