Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Çelyabinsk şəhərində baş verən dəhşətli hadisə ictimaiyyəti sarsıdıb.
Taksi sürücüsü avtomobildəki mübahisə zəminində gənc sərnişini boğaraq qətlə yetirib.
AzPost xəbər verir ki, bu barədə Çelyabinsk vilayəti üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Qətl hadisəsi mayın 22-nə keçən gecə baş verib. 24 yaşlı qız dostları ilə görüşdən sonra evə qayıtmaq üçün taksi sifariş edib.
Yolda naməlum səbəbdən sürücü ilə sərnişin arasında mübahisə yaranıb.
Söz güləşməsi tezliklə faciəyə çevrilib və sürücü gənc qızı boğaraq öldürüb.
Cinayətkar daha sonra cəsədi tikinti tullantıları ilə örtərək meşədə gizlətməyə çalışıb.