Taksidə POS terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? AÇIQLAMA

09.09.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kartdan-karta köçürmələrə tətbiq olunan limitlər taksi sürücüləri ilə sərnişinlər arasında ödənişlə bağlı narazılıqları yenidən gündəmə gətirib. 

Sürücülərin bəzi hallarda ödəniş problemi səbəbindən sərnişinlərlə anlaşmazlıq yaşaması və hətta onları yarı yolda ortasında düşürməsi məsələnin həllini aktuallaşdırır.

Avtosfer.az xəbər verir ki, 2024-cü il martın 28-də taksi fəaliyyəti ilə bağlı bir sıra yeni tələblər müəyyənləşdirilib və həmin qərarın tətbiqi ilə bağlı müxtəlif mərhələlər nəzərdə tutulub. İndi isə əsas sual bu tələblərin nə vaxt tam şəkildə real tətbiq olunacağı, taksi xidmətində ödənişlə bağlı yaranan problemlərin qarşısının alınması üçün hansı tədbirlərin görüləcəyidir.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) mətbuat katibi Tural Orucov Avtosfer.az-a açıqlamasında bildirib ki, Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur:

''Taksi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür''.

Fatimə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью