Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Son illərdə taksilərlə bağlı bəzi qanunlar qüvvəyə minib.
Bunlardan biri də taksilərə pos-terminalların quraşdırılmasıdır.
Artıq bir neçə müddətdir ki, bəzi taksilərdə nağdsız ödənişlər üçün pos-terminallar quraşdırılıb.
Baku TV-in əməkdaşı taksi fəaliyyətində tətbiq olunan sözügedən yeniliklə bağlı sakinlərin rəyini öyrənib.
"Pos-terminalların olması bizim üçün çox yaxşı haldır. Müştəri asanlıqla gedişhaqqını ödəyə bilir.
Pul dərhal öz balansımıza yüklənir, heç bir problem yaşamırıq", - deyə taksi sürücüsü bildirib.
Ətraflı süjetdə: Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.