Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Limitin tətbiqi yaxın zamanda, yəni sabah və ya bir həftə sonra dərhal təsir göstərməyəcək.
Noyabrın 1-dən etibarən kiminsə sürücülük hüququndan məhrum edilməsi və ya taksi sürmək imkanının dayandırılması gözlənilmir”.Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bakı şəhərində taksi icazələrinin sayının tənzimlənməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.Ekspert nəzərə çatdırıb ki, bu proses texniki baxımdan azı 3 ilə qədər vaxt tələb edə bilər:“Hazırda taksi sürücülərinin əksəriyyətinin bütün sənədləri qaydasındadır.
Onlar qeydiyyatdan keçiblər və qanuni şəkildə fəaliyyət göstərirlər.
Sənədlərinin müddəti bitmədiyi və ciddi nöqsanları olmadığı halda onların fəaliyyətinə məhdudiyyət qoymaq düzgün olmaz”.Növbəti mərhələlərdə yeni lisenziyalar və buraxılış kartlarının veriləcəyini deyən müsahibimiz qeyd edib ki, bu zaman təxminən 9 minə yaxın taksi sistemin kənarında qala bilər.
E.Muradlı onu da da vurğulayıb ki, onların bir qismi bu işi daimi etmir.
Ekspert bildirib ki, həmin şəxslər sadəcə sənədlərini qaydaya salıb, axşamlar və ya həftəsonları əlavə qazanc məqsədilə işləyirlər:“Bu vəziyyətə yalnız şəhər nəqliyyatı baxımından deyil, həm də sosial aspektdən yanaşmaq lazımdır.
Çünki burada işsizlik və gəlir itkisi kimi problemlər yarana bilər.